...

MM sədrinin müavini Bahar Muradova: "Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Dekabr 2006 17:28 (UTC +04:00)

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyəti qurumun qış sessiyasında Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcək.

Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova məlumat verib. "ATƏT Parlament Assambleyasının sessiyalarından əvvəl Daimi Komitənin iclasları keçirilir. Daimi Komitənin iclasında Parlament Assambleyasının prezidentinin ayrı-ayrı məsələlər üzrə xüsusi nümayəndələrinin təyin olunduqları sahələr üzrə məruzələri dinlənilir. Daimi Komitənin iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik səylərinin mahiyyəti və məzmunu haqqında iştirakçılara məlumat verilir."

ATƏT PA-nın qış sessiyasında hansı məsələlərin müzakirə olunacağına gəlincə, Bahar Muradova vurğulayıb ki, bu, hələlik dəqiqləşməyib.

"Adətən qış sessiyasında növbəti ildə keçiriləcək sessiyalara hazırlıq, müzakirə olunacaq məsələlər, hazırlanacaq məruzələr və ATƏT-in təşkilata üzv ölkələrdə apardığı missiyalar müzakirə olunur."

Xəbər lenti

Xəbər lenti