...

BQXK nümayəndələri Azərbaycanın Ermənistanda saxlanılan əsgərinə 4, Dağlıq Qarabağda saxlanılan əsgərinə isə 2 dəfə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Yanvar 2007 12:31 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı əsgər Samir Məmmədova 4, Dağlıq Qarabağda saxlanılan əsgər Eldəniz Nuriyevə isə 2 dəfə baş çəkiblər. Bu barədə Trend ə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva məlumat verib.

Samir Məmmədovla BQXK-nın Ermənistandakı nümayəndəliyinin, Eldəniz Nuriyevlə isə BQXK-nin Dağlıq Qarabağdakı ofisinin əməkdaşları görüşüblər. BQXK nümayənələri Samir Məmmədovun ailəsinin iki məktubunu (Qırmızı Xaç məktubları) ona çatdırıblar. Hər iki əsgərin saxlanma şəraiti, fiziki və psixoloji durumu yoxlanılıb.

Qeyd edək ki, Qazaxdakı N saylı hərbi xidmət edən Samir Məmmədov dekabrın 24-də, Füzulidəki N saylı hərbi hissədə xidmət edən Eldəniz Nuriyev isə dekabrın 31-də erməni hərbçilərinə naməlum şəraitdə əsir düşüb. Azərbaycanın Müdafiə Nazirliyi ilkin versiya kimi hər iki əsgərin yolu azaraq erməni hərbçilərinə tərəf keçdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti