...

ATƏT Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləri yanvarın 24-də Ermənistana gedəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2007 18:52 (UTC +04:00)

ATƏT Minsk qrupunun Dağlaq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləri Yuri Merzlyakov (RF), Metyu Brayza (ABŞ) və Bernar Fasye (Fransa) yanvarın 24-də Ermənistana səfər edəcəklər.

ABŞ-ın Ermənistandakı səfirliyindən Armenpressə verilən məlumata görə, həmsədrlərin Dağlıq Qarabağa səfəri hava şəraitindən asılıdır.

Yanvarın 23-də həmsədrlər Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vardan Oskanyan və Elmar Məmmədyarovun RF XİN-də keçiriləcək görüşündə iştirak edəcəklər. Görüşdən sonra onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin məsələlərini dövlət başçıları ilə müzakirə etmək üçün bölgəyə səfər edəcəklər. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti