...

Atəşkəsin pozulması nəticəsində azərbaycanlıların yaşadığı 10-a yaxın evə ziyan dəyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bazar günü gecə saatlarında Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan Baş Qərvənd kəndindən azərbaycanlıların yaşadığı Çıraqlı kəndini atəşə tutublar. Hadisə yerində olan Trend in bölgə müxbiri xəbər verir ki, atəş nəticəsində 10-a yaxın evin dam örtüyü yararsız vəziyyətə düşüb. Yerli sakinlərin verdiyi məlumata görə, atəşkəsin pozulması nəticəsində xəsarət alan olmayıb.

Müdafiə Nazirliyi məlumatı nə təsdiq, nə də təkzib edib.

Xəbər lenti

Xəbər lenti