...

ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma "prezident seçkiləri"ni tanımayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2007 14:14 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma "prezident seçkiləri"ni tanımayacaq

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri"ni tanımayacaq. Bu barədə çərşənbə günü A BŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik açıqlama verib. Onun sözlərinə görə, ABŞ-ın Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ problemi ilə bağlı münasibəti dəyişməyib və problemin indiki vəziyyətində rəsmi Vaşinqton Dağlıq Qarabağda keçirilən hər hansı seçkini, referendumu heç vaxt tanımayıb.

Erməni mənbələrinin verdiyi xəbərə görə, iyulun 19-da Azərbaycanın işğal olunan ərazisində qondarma "Dağlıq Qarabağ Respublikası"na "prezident seçkiləri" keçiriləcək.

Xəbər lenti

Xəbər lenti