...

Qoşunların təmas xəttində monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri çərşənbə axşamı Azərbaycanın Tərtər rayonu ərazisində cəbhəyanı bölgədə monitorinq aparıblar. Trend in bölgə müxbiri xəbər verir ki, səhra köməkçiləri əvvəlcə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüblər. ATƏT nümayəndələri cəbhə xəttində atəşkəsin pozulması halları ilə maraqlanıblar. İcra başçısı bildirib ki, erməni hərbi birləşmələri mütəmadi olaraq Azərbaycan Milli Ordusunun mövqelərini və dinc əhalini atəşə tuturlar.

Səhra köməkçilərinin monitorinqi saat 11.30-da başlayıb, 15 dəqiqə davam edib. Monitorinq zamanı insident qeydə alınmayıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. Bu ərazilər 1992-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti