Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vacibliyini anlamağa başlayıb. Bu barədə cümə günü Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Bakıda keçirilən "Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu" adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Hikmət Çətin bildirib.
"Bu böyük bir problemdir. Bu gün qan tökülməməsi çox önəmlidir. Amma sülh və barış əldə olunmalıdır. Bunu da başqa qüvvə deyil, Azərbaycanla Ermənistan edəcək", -deyə Çətin vurğulayıb.
O qeyd edib ki, münaqişədən xalqlar zərər görür. Ona görə də xalqları bu problemdən qurtarmaq lazımdır.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.