...

Dağlıq Qarabağ Azərbaycanlılarının İcmasının rəhbəri: "Şuşanın baş planının hazırlanmasına dair açıqlama təxribat xarakterlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Şuşanın icra başçısı, Dağlıq Qarabağ Azərbaycanlılarının İcmasının rəhbəri Nizami Bəhmənov çərşənbə axşamı bəyan edib ki, ermənilərin Şuşanın baş planının hazırlanmasına dair verdiyi açıqlama təxribat xarakterlidir və uydurmadır. Bəhmənovun sözlərinə görə, Şuşanın baş planı 1750-ci ildə Pənah Xan tərəfindən hazırlanıb və bu plana uyğun olaraq Şuşa şəhəri tikilib.

Dağlıq Qarabağ Azərbaycanlılarının İcmasının rəhbəri bildirib ki, ermənilər Şuşanın onlara məxsus olduğunu göstərməyə əsas tapmır.

"Ermənilər Şuşanın baş planına aid olan 371 tarixi abidəni dağıdıb. Ermənistan Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq üçün Şuşanın baş planının hazırlanmasına dair təxribat yönümlü, azərbaycanlıların heysiyatına toxunan informasiyalar yayır" - deyə Bəhmənov bildirib.

Erməni mənbələri bir müddət öncə aprelin sonu-mayın əvvəllində ABŞ-ın "Sama" şirkəti tərəfindən Şuşanın baş planının hazırlanmasını bildiriblər.

Azərbaycanın Şuşa rayonu paytaxt Bakıdan 400 kilometr aralıda yerləşir. 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Xəbər lenti

Xəbər lenti