...

ATƏT-in Minsk qrupunun bölgəyə növbəti səfəri 2007-ci ilin iyun ayına planlaşdırılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2007 13:14 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun Cənubi Qafqaz bölgəsinə növbəti səfəri 2007-ci ilin ilk yarısında baş tutacaq. Bu barədə Yerevandakı brifinqdə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye məlumat verib.

"İki həftədən sonra biz yenidən regiona səfər edəcəyik. Bu dəfə bizə amerikalı həmsədr Metyu Brayza da qoşulacaq" - deyə o bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri mayın 23-dən Ermənistanda səfərdə olublar. "Novosti-Armeniya" agentliyinin məlumatına görə, səfər çərçivəsində onlar Ermənistan prezidenti Robert Köçəryan, baş nazir Serj Sarkisyan və XİN başçısı Vardan Oskanyanla görüşüblər.

Artıq həmsədrlər Bakıya yola düşüblər.

Xəbər lenti

Xəbər lenti