...

Azərbaycanın hakim partiyası Minsk qrupu həmsədrlərini qərəzlikdə ittiham edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2007 14:04 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Minsk qrupu həmsədrlərini qərəzlikdə ittiham edib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov və Metyu Brayzanın Yerevandakı mətbuat konfransında verdiyi bir sıra qərəzli, məsuliyyətsiz bəyanatlarla əlaqədar həmsədrlərə etiraz məktubu ünvanlayıb.

Məktubda qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həmsədrlərin aydın və ədalətli mövqeyi ən gözəl vasitədir.

"Təəssüf ki, bəzi hallarda həmsədr ölkələrinin nümayəndələrinin verdikləri bəyanat və açıqlamalarda bunun əksini görürük. Bu isə onların təmsil etdikləri ölkələrin rəsmi mövqeyi ilə üst-üstə düşmür və istər-istəməz sülh prosesinin gedişinə mənfi təsir göstərir.Bu mənada, kütləvi informasiya vasitələrində verilən xəbərlərə görə, Ermənistanda səfərdə olarkən Merzlyakov və Brayza Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirdikləri bəzi bəyanatlar obyektivlikdən və tərəfsizlikdən çox uzaqdır" - məktubda qeyd olunub.

Merzlyakov Yerevandakı mətbuat konfuransında "Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində olub, amma Azərbaycanın tərkibində olmayıb" fikrini səsləndirib.

YAP hesab edir ki, Azərbaycan Azərbaycan SSR-in hüquqi-siyasi varisidr və rusiyalı həmsədrin bu mövqeyi ölkənin ərazi bütövlüyünə şübhə ilə yanaşdığını sübuta yetirir.

Brayza isə nın İrəvanda olarkən qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın bəzi ərazilərini işğal edib. YAP bu fikrə etirazında göstərib ki, Dağlıq Qarabağ adlı müstəqil dövlət olmayıb və onun beynəlxalq hüquq tərəfindən tanınmış dövlət sərhədlərindən söhbət gedə bilməz.

YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti