...

Ağdam istiqamətində daha bir əsgər şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2007 12:04 (UTC +04:00)
Ağdam istiqamətində daha bir əsgər  şəhid olub

Azərbaycan, Bakı / Trend . müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub. Ağdamda yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgər baş nahiyəsindən aldığı güllə yarasından hospitalda keçinib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən əsgərin şəhid olması faktı təsdiqlənib. Mətbuat xidmətindən Trend ə bildiriblər ki, düşmənin Ağdam istiqamətində atəşkəsi pozması nəticəsində əsgər Osmanov Muxtar Adıgözəl oğlu şəhid olub.

1988-ci il təvəllüdlü Osmanov 2006-cı ilin iyulunda Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Cavab atəşi ilə susdurulan düşmən isə 2 itki verib.

Xəbər lenti

Xəbər lenti