...

Partiya fəalı: "Müsavat Partiyası prezident seçkilərinə vahid namizədlə getməlidir"

Siyasət Materials 28 Sentyabr 2007 14:56 (UTC +04:00)
Partiya fəalı: "Müsavat Partiyası prezident seçkilərinə vahid namizədlə getməlidir"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Müsavat Partiyası prezident seçkilərinə vahid namizədlə getməlidir, cümə günü Trend ə açıqlamasında partiyanın üzvü Rauf Arifoğlu bildirib. Onun sözlərinə görə, partiya seçkilərə vahid namizədlə qatıldığı halda, daha rahat və effektli kampaniya apara bilər.

"Müsavat Partiyası prezident seçkilərində başqan İsa Qəmbərin namizədliyini dəstəkləməlidir" Arifoğlu deyib.

Müsavat Partiyasının seçkilərə qatılacağı təqdirdə partiyanın vahid və ya bir neçə namizədlə iştirakı məsələsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn hesab edir ki, partiya prezident seçkilərinə bir neçə namizədlə getməlidir. Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı isə bunun əleyhinə çıxış edib.

Arifoğlu bildirib ki, partiya daxilində bu cür müzakirələrin aparılması təqdirəlayiqdir və demokratik müzakirələr ictimai-siyasi həyatı fəallaşdırır. O hesab edir ki, Müsavat Partiyasının fəaliyyət proqramında islahatlara ehtiyac var.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti