...

Avropa Şurasının Baş katibi ABŞ-ın Polşa və Çexiyada RƏM elementlərinin yerləşdirməsinin siyasi nəticələri barədə məsələnin öyrənilməsinin tərəfdarıdır

Siyasət Materials 1 Oktyabr 2007 21:07 (UTC +04:00)
Avropa Şurasının Baş katibi ABŞ-ın Polşa və Çexiyada RƏM elementlərinin yerləşdirməsinin siyasi nəticələri barədə məsələnin öyrənilməsinin tərəfdarıdır

Fransa, Strasburq/ Trend , müxbir A.Məhərrəmli, E.Hüseynov/ AŞ PA-nın bu günkü sessiya iclasında ABŞ-ın Polşa və Çexiyada RƏM elementlərinin yerləşdirməsinin siyasi nəticələri barədə məsələni təxirə salmasına baxmayaraq, Avropa Şurasının Baş katibi Rusiyanın bu təşəbbüsünün öyrənilməsini lazımi hesab edir.

"Burada anlaşılmazlıq və səhv olub - real müzakirə olmayacaq. Bu gün Parlament Assambleyası müzakirələrin aparılmasını təxirə salıb. Mənim şəxsi fikrimcə, Rusiyanın təklifi maraqlıdır və müzakirəyə layiqdir",-deyə bazar ertəsi Avropa Şurasının Baş katibi Terri Devis Trend ə eksklüziv müsahibəsində bildirib.

ABŞ-ın Avropa məkanında "raket sipərlərini" yerləşdirməsinin yarada biləcəyi siyasi nəticələr mövzusu AŞ PA-nın bu gün Strasburqda başlayan payız sessiyasında əsas mövzulardan biri olmalı idi. Lakin, Assambleya Bürosunun razılığına baxşmayaraq, məsələnin qəti olaraq gündəliyə daxil edilməsi üçün cəmi üç səs çatmayıb.

Rusiya ABŞ-ın onun sərhədləri yaxınlığında RƏM sistemi yerləşdirməklə bağlı planlarına şübhə ilə yanaşır və bunun əvəzində, Azərbaycandakı Qəbələ RLS-in birgə istifadə olunmasını təklif edir. Amerikalı ekspertlər stansiyaya baxdıqdan sonra da Vaşinqton yenidən, öz əvvəlki planlarından imtina etmədiyini bəyan edib.

Məsələnin baxılması ləğv edildikdən sonra AŞ PA-dakı Rusiya nümayəndə heyəti rəhbərinin müavini Leonid Slutski bəyan edib ki, Rusiya nümayəndə heyəti AŞ PA-da ABŞ-ın Polşa və Çexiyada RƏM elementlərinin yerləşdirməsinin siyasi nəticələri barədə məsələni qaldırmaq niyyətində olduğunu bildirib. O bildirib ki, məsələ "bütün Avropanın təhlükəsizliyi üçün son dərəcə mühümdür". "Əgər ABŞ AŞ PA-nın yanvar sessiyasına qədər Şərqi Avropada RƏM sisteminin yerləşdiriliməsindən imtina etməsə, Rusiya, şübhəsiz ki, bu məsələnin Avropa və Beynəlxalq Təşkilatlarda ən geniş müzakirəsinə nail olacaq",-deyə Slutski bildirib.

Deputat AŞ PA-nın bu məsələni payız sessiyasında müzakirə etməkdən imtina etməsinə öz təəssüfünü bildirib. "Bu, gözlənilməzdir və təəssüf doğurur. Lakin ABŞ-ın bu cür hərbi strategiya yeritməsinin tamamailə əleyhinə olan Rusiya nümayəndə heyəti avropalı həmkarları ilə işləməyə davam edəcək",-deyə o söyləyib. Avropa Şurasının Baş katibi ABŞ-ın Polşa və Çexiyada RƏM elementlərinin yerləşdirməsinin siyasi nəticələri barədə məsələnin öyrənilməsinin tərəfdarıdır

Xəbər lenti

Xəbər lenti