...

Amerika səfiri: "ABŞ Rusiyanın Qəbələ RLS-lə bağlı təklifinə ciddi yanaşır"

Siyasət Materials 6 Oktyabr 2007 13:09 (UTC +04:00)
Amerika səfiri: "ABŞ Rusiyanın Qəbələ RLS-lə bağlı təklifinə ciddi yanaşır"

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova, E.Hüseynov/ ABŞ Rusiyanın Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklifinə ciddi yanaşmaq və nəzərdən keçirmək niyyətindədir. "ABŞ Rusiyanın Qəbələ RLS-lə bağlı təklifinə ciddi yanaşır. Bu səbəbdən də bizim ekspertlər Azəbaycana səfər ediblər və hazırda biz kifayət qədər məlumata malikik" - deyə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Rusiya ABŞ-ın Polşa və Çexiyada RƏMS yerləşdirmək planlarına şübhə ilə yanaşır. 2007-ci ilin iyun ayında "Böyük səkkizliy"in sammiti çərçivəsidə Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib. Prezident Azərbaycanda RƏMS yerləşdirilməsi ilə bağlı təklifin sistemin Polşa və Çexiya ərazisindnə yerləşdirilməsi ilə müqayisədə üstün olduğunu qeyd edib. RF prezidenti qeyd edib ki, Qəbələ RLS rəqibin raketlərini ilkin trayektoriyada vurmağa imkan verəcək.

RƏMS-in yerləşdirilməsi və Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı üçtərəfli Rusiya-Amerika-Azərbaycan məsləhətləşmələri sentyabrın 18-də Azərbaycanda baş tutub. Göruşun nəticələri oktyabrın 12-də Moskvada Rusiya və ABŞ-ın müdafiə və xarici işlər nazirlərinin 2+2 formatında keçiriləcək məsləhətləşmələr zamanı təqdim olunacaq.

Səfirin verdiyi məlumata görə, 2+2 formatında keçiriləcək görüşdə Qəbələ RLS-dən birgə istifadə ilə bağlı qərar qəbul olunacaq.

Dersi qeyd edib ki, ABŞ daim Qəbələ RLS-i Azərbaycanın mülkiyyəti hesab edib və qəbul olunacaq hər bir qərarda bu faktor nəzərə alınacaq.

Rusiya Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-i icarəyə götürüb. Bu stansiya Rusiyanın ballistik raketlərin buraxılışını izləyən sisteminin tərkib hissələrindən biridir. Radiolokasiya stansiyası 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib.

Xəbər lenti

Xəbər lenti