...

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası qrupunun üzvlərini qəbul edib

Siyasət Materials 15 Oktyabr 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası qrupunun üzvlərini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Almaniya arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayaraq, bu səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkşaf etməsinə, habelə Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın daha da genşlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. Gələn il Almaniyada Azərbaycan İlinin keçiriləcəyini xatırladan Prezident İlham Əliyev bunun ölkəmiz haqqında Almaniyada daha dolğun məlumatın yayılması üçün yaxşı imkan yaradacağına əminliyini söyləyib. Almaniya-Cənubi Qafqaz parlamentlərarası qrupunun rəhbəri Şteffen Rayxe rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin artıq bir neçə dəfə ölkəmizdə səfərdə olduqlarını bildirərək, Azərbaycanla əlaqələrin səviyyəsindən razılıqlarını ifadə edib və gələn il Almaniyada Azərbaycan İlinin keçirilməsinin ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkşaf etdirilməsi baxımından mühüm hadisə olacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti