...

Azərbaycanın "Parfums de France" mağazalar şəbəkəsi fəaliyyətini dayandırıb

Siyasət Materials 24 Oktyabr 2007 14:22 (UTC +04:00)
Azərbaycanın "Parfums de France" mağazalar şəbəkəsi fəaliyyətini dayandırıb

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Bu gündən etibarən Azərbaycanın "Parfums de France" mağazalar şəbəkəsi fəaliyyətini dayandırıb. Şirkətdən verilən məlumata görə, ticarət şəbəkəsinin bağlanması daxili yoxlamalarla bağlıdır.

"Parfums de France" mağazalar şəbəkəsinin fəaliyyətinin oktyabrın 29-da bərpa olunacağı gözlənilir.

"Taki Distribution/Parfums de France" şirkətinin prezidenti Nərminə Abdinbəyova-Kərimova ilə təcili şərhlər almaq məqsədilə bağlantı yaratmaq mümkün olmayıb.

"Parfums de France"ın Azərbaycanda 20 parfümeriya mağazası fəaliyyət göstərir ki, bu mağazaların əksəriyyəti Bakıda yerləşir. Son üç il ərzində şirkət Suqayıt, Gəncə və Zaqatalada mağazalar açmaqla regionların mənimisənilməsi ilə məşğuldur.

"Parfums de France" mağazalar şəbəkəsi Azərbaycanda 90-ci illərin sonlarından fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti