...

Azərbaycan Prezidenti İlham Əliyev MOK-un 15 illik yubileyində iştirak edən bir sira ölkələrin milli olimpiya komtələri və idman federasiyalarinin rəhbərlərini və nümayəndələrəni qəbul etmişdir

Siyasət Materials 26 Oktyabr 2007 21:20 (UTC +04:00)

Azərbaycan, Bakı Trend Azərbaycan Prezidenti İlham Əiyev oktyabrın 26-da Prezident sarayında respublika Milli Olimpiya Komitəsinin 15 illik yubileyində iştirak edən bir sira ölkələrin milli olimpiya komitələri və idman federasiyalarının rəhbərlərini və nümayəndələrini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan Milli Olimpiya Komitəsinin müstəqillik tariximizlə yaşıd olduğunu və ölkəmizdə sosial-iqtisadi sahələrlə yanaşı, Olimpiya hərəkatının da yüksək sürətlə inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev qonaqlara müraciətlə dedi ki, sizin təmsil etdiyiniz ölkələrlə başqa sahələrdə olduğu kimi, idmanda da sıx əlaqələrimiz var. Bu əlaqələri daha da genişləndirmək üçün Azərbaycanda güclü baza yaradılmışdır, artıq Bakı ən nüfuzlu idman tədbirlərinin mərkəzinə çevrilmişdir. Bu tədbirlər təkcə idman xadimlərinin deyil, bütövlükdə müxtəlif ölkələrin vətəndaşlarının daha sıx təmasına imkanlar yaradır.

Dövlətimizin başçısı Bakıya səfərin qonaqlar üçün Azərbaycanda Olimpiya hərəkatı və ölkəmizin idman ictimaiyyəti ilə daha yaxından tanışlıq baxımından əlverişli fürsət olduğunu vurğuladı.

Polşa, Rusiya, Gürcüstan, Türkiyə, Latviya, Litva, Ukrayna, Belarus, Moldova milli olimpiya komitələrinin və idman federasiyalarının rəhbərləri və nümayəndələri dövlət başçısının Olimpiya hərəkatının və idmanın inkişafına himayəsi sayəsində Azərbaycan idmançılarının olimpiadalarda və digər mötəbər beynəlxalq yarışlardakı uğurlarından xəbərdar olduqlarını bildirdilər. Qonaqlar Azərbaycan Milli Olimpiya Komitəsinin 15-ci ildönümü münasibətili Prezident İlham Əliyevə təbriklərini çatdırdılar və xatirə hədiyyələrini təqdim etdilər.

Prezident İlham Əliyev idmanı həm də sülhməramlı missiya daşıyıcısı, xalqların bir-birinə daha da yaxınlaşmasında ən gözəl vasitə kimi səciyyələndirdi, qonaqlara öz işlərində yeni uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti