...

Baş nazirin müavini: Uçmuş bina ilə bağlı ekspertiza rəyi bir neçə həftədən sonra açıqlanacaq

Siyasət Materials 29 Oktyabr 2007 23:16 (UTC +04:00)
Baş nazirin müavini: Uçmuş bina ilə bağlı ekspertiza rəyi bir neçə həftədən sonra açıqlanacaq
Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Paytaxtın Murtuza Muxtarov, 185 ünvanında uçmuş bina ilə bağlı ekspertiza rəyi bir neçə həftədən sonra açıqlanacaq. Bu barədə bazar ertəsi günü jurnalistlərə açıqlamasında baş nazirin müavini, hadisənin araşdırılması üzrə yaradılmış dövlət komissiyasının sədri Abid Şərifov məlumat verib. Uçmuş bina ilə bağlı ekspertiza rəyinin yekunlaşmaq üzrə olduğunu bildirən Şərifov həmin binanın ətrafındakı binaların sakinləri ilə görüşlərin keçirildiyini də diqqətə çatdırıb.

Avqustun 28-də Bakının Yasamal rayonunun Murtuza Muxtarov küçəsi 185 ünvanında yeni tikilən 16 mərtəbəli bina çöküb. Binanın dağıntıları altından 25 nəfərin meyidi çıxarılıb, üç nəfər yaralı vəziyyətdə xilas edilib.

Xəbər lenti

Xəbər lenti