...

ATƏT DTİHB rəhbəri: " Azərbaycanın seçki qanunvericiliyinə vaxtında dəyişiklik etmək mühümdür"

Siyasət Materials 2 Noyabr 2007 10:30 (UTC +04:00)
ATƏT DTİHB rəhbəri: " Azərbaycanın seçki qanunvericiliyinə vaxtında dəyişiklik etmək mühümdür"

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ ATƏT-in Demokratik təsisatlar və insan haqları üzrə Bürosunun (DTİHB) direktoru cənab Kristian Ştrohalın Trend ə müsahibəsi

- 2008-ci ildə Azərbaycanda baş tutacaq prezident seçkisi ilə əlaqədar DTİHB hansı tədbir və proqramları keçirmək niyyətindədir?

- DTİHB bütün bu illər ərzində Azərbaycanla həm seçki məsələlərində, həm də digər sahələrdə əməkdaşlıqda maraqlıdır. Gələn ilin seçkiləri məhz bu əməkdaşlıq və təklif olunan tövsiyələr əəsasında qurula bilər. Seçkilərin müşahidəsi ilə bağlı isə, əgər belə bir rəsmi təklif olarsa, öz fəaliyyət imkanlarımızı nəzərdən keçirəcəyik.

- Sizin fikrinizcə, Azərbaycanın Seçki Məcəlləsinə indi dəyişiklik edilməsinə ehtiyac varmı?

- DTİHB Avropa Şurasının Venesiya Komissiyası ilə birgə seçki qanunvericiliyinin gələcəkdə təkmilləşdirilməli olan elementləri ilə bağlı tövsiyələr verib.

Bu tövsiyələr ictimai müzakirələr üçün açıqdır. Biz çox razıyıq ki, noyabrın birinci yarısı ərzində Bakıda seçki məsələləri müzakirə olunacaq. Prezident seçkilərinə hələ bir il qalsa da, seçki qanunvericiliyinə dəyişikliklər etmək və onların həyata keçirilməsi üçün kifayət qədər vaxt mühümdür.

- Siz, Rusiyanın ATƏT ərazisində seçkiləri müşahidə edən missiyalarının səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüsünə necə yanaşırsınız? The New York Times-in verdiyi məlumata görə, bu təşəbbüsə artıq Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəksitan qoşulub.

- Seçkilərin monitorinqi tez-tez, hər şeyin güzgüdə əks olunması kimi, "əlverişli olmayan həqiqəti" üzə çıxarır. Bu məsələnin həll olunması güzgünü qırmaq demək deyil, müzakirələrdə təkmilləşmə tələb edən hər şeyə toxunmaqdır. Bu təşəbbüs məsələni konstruktiv müstəvidə həll etməyə qadir deyil, daha çox isə, hazırda ən etibalı təsisatlardan olan və çoxillik uğurlu seçki müşahidəsini dağıtmaq kimi görünür.

- Azərbaycanla yanaşı, 2008-ci ildə Ermənistan və Gücüstanda da seçkilər planlaşdırılır. Cənubi Qafqaz ölkələrinin seçki sistemlərində oxşar problemlər mövcuddurmu?

- Biz ölkələri müqayisə etmirik və bu o deməkdir ki, bütün ATƏT ölkələri demokrtaik seçkilərin keçirilməsi üzrə eyni bir öhdəliklə bağlıdırlar.

- DTİHB və MDB ölkələri tez-tez postsovet ölkələrində seçkiləri müxtəlif cür qiymətləndirirlər. Sizin fikrinizcə, bu nə ilə əlaqədardır?

- Mən ancaq bizim müşahidələrimizə cavabdeh ola bilərəm. Bizim işimiz şəffafdır və 11 il ərzində keçirilən 150-dən çox seçkidə müşahidələrə əsasən formalaşmış, sınanılmış metodologiyaya əsaslanır. Mənə MDB-dəki metodologiyanın nə olduğunu və nəyə əsaslandığını bilmək maraqlı olardı.

- Avropa İnsan Haqları Məhkəməsi Avropa Şurasına üzv olan ölkələrdən xeyli sayda şikayətlərin olması ilə bağlı müəyyən çətinlik çəkir. Avropa Birliyi Fundamental hüquqlar üzrə Agentliyin yaradılması ilə bağlı təşəbbüsü dəstəkləyib. Siz bu qurumların əməkdaşlığını necə qiymətləndirirsiniz və bu, insan haqları ilə bağlı vəziyyətin yaxşılaşmasına necə yardım edəcək?

- Mən inanıram ki, Fundamental hüquqlar üzrə Agentliyin yaradılması insan hüquqlarının səmərəli müdafiəsində Avropa Birliyinin rolunu genişləndirəcək. Bu, Ittifaqın hüdudlarından kənarda da demokratiyaya təsir edə biləcək çox sayda ekspertlərin hazırlanmasına kömək edəcək. Yuxarıda xatırlanan qurumlar artıq bir neçə il siyasi inkişaf barədə məlumatların toplanılması sahəsində əməkdaşlıq ediblər və əlaqələrin qurulmasında təcrübəyə malikdirlər. Mən ümid edirəm ki, Aİ Fundemantal Hüquqlar üzrə Agentlik vasitəsilə insan hüququ sahəsində xüsusi işlər görəcək.İnsan haqları sahəsində bütün təsisatların əməkdaşlığı bu hüquqların qorunmasına dəstək deməkdir.

Xəbər lenti

Xəbər lenti