Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana qarşıdakı səfərinin geniş proqramı hazırlanıb. Bu barədə cümə axşamı Trend ə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu bildirib. Onun sözlərinə görə, səfər çərşənbə axşamı Azərbaycan rəhbərliyi ilə danışıqlardan başlayacaq, Milli Məclisdə görüşlərlə, Xəzər Universitetinin yeni korpusunun təməlqoyma mərasimində iştirakla davam edəcək.
Abdulla Gül həmçinin şəhərin görməli yerləri ilə tanış olacaq. Azərbaycana səfəri çərçivəsində Türkiyə prezidenti Gəncəyə səfər edəcək ki, burda da onun üçün ayrıca səfər proqramı hazırlanıb.
Türkiyə prezidenti Gəncədə Azərbaycan xalqının böyük oğlu şair Nizami Gəncəvinin məqbərəsinə, Cavadxanın məzarına baş çəkəcək, Nuru Paşanın mənzil qərargahında, Azərbaycan Demokratik Respublikasının ilk parlamentinin yerləşdiyi binada olacaq.