...

ABŞ Dövlət katibinin müavini: Gürcüstanda baş verənlər – ölkədə qeyr-stabillik məsələsi deyil

Siyasət Materials 5 Noyabr 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Bu günlərdə Gürcüstanda baş verənlər - ölkədə qeyri-stabillik məsələsi deyil, seçkilərlə bağlıdır. Bu barədə Bakıda keçirdiyi mətbuat konfransında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid söyləyib.

Tbilisidə Parlament binasının qarşısında şənbə günündən müxalifətin mitinqi keçirilir. Əsas şüarlar hökümətin və prezidentin istefasıdır.

Onun sözlərinə görə, Gürcüstanda keçirilən mitinqlərdə xalq çox şey tələb edir: "Amma, söhbət heç də ölkədə fövqəladə vəziyyət elan olunmasından getmir. Bütün müzakirələrin son nöqtəsi seçkilərin nə zaman keçirilməsi ilə bağlıdır. Gürcüstanda sosial vəziyyət yaxşılaşmaqdadır, baş verən hadisələr isə, yalnız və yalnız demokratik proseslərdir".

Xəbər lenti

Xəbər lenti