...

Tibilisi mer: Biz paytaxtın çadır şəhərinə çevrilməsinə imkan verməyəcəyik

Siyasət Materials 7 Noyabr 2007 11:54 (UTC +04:00)
Tibilisi mer: Biz paytaxtın çadır şəhərinə çevrilməsinə imkan verməyəcəyik

Gürcüstan, Tbilisi / Trend , müxbir N. Kirtsxaliya/ Gürcüstan hakimiyyəti Tbilisinin çadır şəhərinə çevrilməsinə imkan verməyəcək. Bu barədə bu gun fövqəladə brifinqdə Gürcüstan parlamenti qarşısındakı mitinqin dağıdılmasını şərh edən Tbilisi meri Georqi Uqulava bəyan edib. Hansı ki, Birləşmiş Müxalifət burada çadır şəhərəciyi salmaq niyyətində olub.

"Biz Tbilisinin çadır şəhərciyinə çevrilməsinə mane olmuşuq - qoy bunu bütün aksiya təşkilatçıları bilsin. Gürcüstan paytaxtı heç vaxt 90-cı illərdə olduğu vəziyyətə qayıtmayacaq. Biz bunu sağlam düşüncə ilə etmişik. Eyni zamanda Gürcüstan konstitusiyasına görə, hər bir vətəndaşın öz fikrini azad ifadə etmək hüququ təmin olunub. Lakin artıq noyabrın 2-dən küçənin piyada hissəsində keçirilən aksiya üçün qanuni səbəb mövcud deyil" - deyə mer bildirib.

"Biz Rustaveli küçəsində avtomobil hərəkətini bərpa etmişik və şəhərin mərkəzində həyat adi axarına düşüb. Əhali artıq Patarkatsişvili-Okruaşvili duetinin təcrübə obyekti olmaqdan bezib. Hal-hazırda dezinfeksiya xidməti müxalifət mitinqinin keçirildiyi ərazidə, həmçin evlərin girişlərində sanitar-təmizləmə işləri aparırlar" - deyə Uqulava qeyd edib.

Xəbər lenti

Xəbər lenti