...

QAT gənclərinin piketi dağıdılıb

Siyasət Materials 9 Noyabr 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Qarabağ Azadlıq Təşkilatının (QAT) bu gün keçirmək istədiyi piket baş tutmayıb. QAT Gənclər Təşkilatı Milli Bayraq günü ilə bağlı Bakı şəhərində Cəfər Cabbarlı heykəlinin qarşısında bayram piketi keçirmək istəyib. Piket icazəsiz olduğundan, polislər gənclərin bir araya gəlməsinin qarşısını alıb. Polisə tabe olmayan QAT fəalı Rüfət Əhmədzadə polis şöbəsinə aparılıb.

1918-ci il noyabrın 9-da ilk Azərbaycan Cümhuriyyətinin milli bayrağı qəbul olunub. Bu gün Azərbaycanın siyasi partiyaları və ictimai təşkilatları tərəfindən Milli Bayraq günü kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti