...

Venesiya komissiyasının nümayəndəsi: Azərbaycanın Seçki Məcəlləsində hələ də yaxşılaşdırıla biləcək məsələlər qalmaqdadır (video)

Siyasət Materials 9 Noyabr 2007 22:01 (UTC +04:00)
Venesiya komissiyasının nümayəndəsi: Azərbaycanın Seçki Məcəlləsində hələ də yaxşılaşdırıla biləcək məsələlər qalmaqdadır (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Seçicilərin etimadını yüksəltmək üçün Azərbaycanın Seçki Məcəlləsində hələ də yaxşılaşdırıla biləcək məsələlər qalmaqdadır. Bunu Venesiya komissiyasının nümayəndəsi Sergey Kuznetsov deyib.

"Düşünürük ki, məcəllədə yaxşılaşdırıla biləcək məqamlar var. Məqsəd həm hakimiyyət, həm də seçki məcəlləsinin digər iştirakçıları tərəfindən sərt addımları istisna etməkdir"- deyə o vurğulayıb.

Venesiya komissiyası nümayəndəsinin sözlərinə görə, seçkilər zamanı komissiyalar hamının hüquqları, partiyalar və namizədlərin bərabərliyini təmin etmək üçün seçki prosesi ilə məşğul olmalıdırlar. Kuznetsov qeyd edib ki, seçicilər qanun çərçivəsində öz namizədlərinə rahat səs verə bilmələri üçün nəzarət etməlidirlər.

Onun sözlərinə görə, seçki prosesinin əksər iştirakçıları şikayət vermə prosedurundan, seçkiöncəsi kampaniya ilə bağlı texniki problemlərdən, qanunvericiliklə qeyri-aydan məqamlardan şikayətlənirlər.

Kuznetsov qeyd edib ki, 2005-ci ildə seçicilərin barmaqlarının rənqlənməsi məsələsi Venesiya komissiyasının Azərbaycanla əməkdaşlığının göstəricisidir.

Xəbər lenti

Xəbər lenti