...

Türk dünyasının birliyinin qarşısını heç kim ala bilməz - Türkiyənin doqquzuncu prezidenti (video)

Siyasət Materials 19 Noyabr 2007 14:09 (UTC +04:00)
Türk dünyasının birliyinin qarşısını heç kim ala bilməz - Türkiyənin doqquzuncu prezidenti (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türk dünyasının birliyi zamanla daha da güclənəcək və bunun qarşısını heç kim ala bilməz. Trend in məlumatına görə, bu f ikirləri bazar ertəsi jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyənin IX prezidenti Süleyman Dəmirəl bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin birliyi, əməkdaşlığı zaman keçdikcə daha güclənəcək. Türkdilli dövlətlərin əməkdaşlığının başladığı müddətin, yəni 17 ilin çox da böyük zaman olmadığını deyən Dəmirəl bildirib ki, bu ölkələrdə demokratiya, söz azadlığı sahəsində problemlər də zamanla həll olunacaq. "Demokratik, liberal sistem çox çətin sistemdir. Marksist sistemdən demokratik sistemə keçmək də asan deyil, amma buna rəğmən insanlar demokratiyanın inkişafından vaz keçməməlidirlər" - deyə Dəmirəl bildirib.

O qeyd edib ki, türk dövlətləri üzləşdikləri işğal, terror, soyqırım kimi problemlərini dünyaya çatdırmaq və qəbul etdirmək üçün səylərini davam etdirməlidir. Dəmirəlin fikrincə, dünya birliyi türk xalqlarının problemlərinə laqeyd yanaşdığı üçün inciyib kənara çəkilmək də düzgün deyil.

"İnsanların haqsızlıqlara qarşı səbrsiz olması daha asandır, lakin idarə edən hökumətlər xalqlarının maraqları nəyi tələb edirsə, o cür addımlar atmalıdır" - Dəmirəl bildirib.

Xəbər lenti

Xəbər lenti