...

"Azadlıq" blokunun prezident seçkisində iştirakı üçün minimum seçki şəraitinin yaradılması kifayət edər

Siyasət Materials 23 Noyabr 2007 11:00 (UTC +04:00)
"Azadlıq" blokunun prezident seçkisində iştirakı üçün minimum seçki şəraitinin yaradılması kifayət edər

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" siyasi blokunun gələn il Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak etməsi üçün Azərbaycanda minimum seçki şəraitinin yaradılması kifayət edər. Bu fikirləri cümə axşamı Trend ə açıqlamasında blokun həmsədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, "Azadlıq" bloku sərbəst toplaşmaq azadlığının təmin olunmasını, siyasi partiyalara elektron KİV-lərə çıxış imkanı yaradılmasını, seçki komissiyalarının hakimiyyətin monopoliyasından çıxarılmasını, jurnalistlərə yazılarına görə təzyiqlərin dayandırılmasını tələb edir: "Bütün bu məsələlər birbaşa seçkilərə təsir edən amillərdir. Əgər bu şərtlər yerinə yetirilərsə, "Azadlıq" bloku prezident seçkisində iştirak edə bilər. Əks halda, biz nəticəsi əvvəldən bəlli olan və tamaşa xarakteri daşıyan seçkilərdə iştirak edərək ona demokratik don geydirməyəcəyik" - deyə Əliyev bildirib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti