...

Azərbaycanda Çin vətəndaşına məxsus ticarət mağazasında oğurluq edən şəxs yaxalanıb

Siyasət Materials 26 Noyabr 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanda Çin vətəndaşına məxsus ticarət mağazasında oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, şənbə günü Bakıdakı Binə Ticarət Mərkəzində Çin vətəndaşı Çin Yunx Xianqa məxsus mağazadan sənaye malları oğurlanıb. DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Bayramov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti