...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 29 Noyabr 2007 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 28-də saat 18.40-dan 19.15-dək Tərtər rayonunun Qapanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 22.50-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən, noyabrın 29-da saat 01.00-dan 04.40-dək fasilələrlə Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətndən məlumat verilib.

Bütün hallarda javab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti