...

Aİ xüsusi nümayəndəsinin Azərbaycana səfəri təxirə salınıb

Siyasət Materials 4 Dekabr 2007 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Azərbaycana səfəri təxirə salınıb. Bu barədə çərşənbə axşamı Semnebi Trend ə telefonla Belçikadan məlumat verib. Semnebinin Azərbaycana səfəri dekabrın 8 - dən 9 - dək planlaşdırılırdı. Səfər çərçivəsində Semnebinin? bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin də dəvət olunduğu İnsan hüquqları üzrə Beynəlxalq Konfransda iştirakı gözlənilirdi. Semnebinin sözlərinə görə, səfər onunla birlikdə Azərbaycana gələcək Avropa İttifaqının Mərkəzi Asiya üzrə nümayəndəsi Pyer Morrellə əlaqədar olaraq ləğv edilib. Bakıya səfərə qədər onlar Türkmənistana səfər etmək niyyətində olublar. Lakin türkmən tərəfi ilə planlaşdırılan tədbirlə bağlı problemlər meydana çıxıb və Azərbaycana səfər də təxirə salınıb. Semnebi Azərbaycana səfərin bu il baş tutmayacağını bildirib.

Xəbər lenti

Xəbər lenti