...

İlin sonunadək sərhədlərin delimitasiyası üzrə Azərbaycan-Rusiya görüşü keçiriləcək

Siyasət Materials 5 Dekabr 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ İlin sonunadək Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə bir daha danışıqlar keçiriləcək. Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiya dövlətlərarası sərhədlərin üç razılaşdırılmamış sahələri üzərində işləyəcək. Bu barədə jurnalistlərə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov məlumat verib. "Bu, Samux rayonu ərazisindəki sahələr, Gürcüstan və dənizə bitişik iki sahədir" - o bildirib. Səfirin sözlərinə görə, tərəflər Samuxdakı və dənizə bitişik mübahisəli sahələr üzrə asan razılığa gələ biləcərlər. Üçüncü sahə üzərində işləmək lazımdır. Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiya Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət sərhədlərinin müəyyənləşdirilməsində yaranan mübahisəli məsələləri həll etmək üçün yaradılıb. Komissiyaya iki ölkənin xarici işlər nazirlərinin müavinləri başçılıq edir.

Xəbər lenti

Xəbər lenti