...

Mübahisə qətllə nəticələnib

Siyasət Materials 2 Yanvar 2008 21:21 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bu gün axşam saat dörd radələrində Bərdə rayonunda qətl hadisəsi baş verib. Belə ki Bərdə rayon sakini 1979-cı il təvəllüdlü Məmmədov Xalid Qərib oğlu 23 yaşlı həmyerlisi Əliyev Mehrab Adil oğluna dörd bıçaq xəsarəti yetirərək qətlə yetirib.

İlkin versiya kimi hadisənin baş verməsinə səbəb iki gəncin arasında qız üstə mübahisə olub. Faktla əlaqədar Bərdə rayon polis şöbəsində araşdırma aparılır. Hadisə barədə heç bir məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti