Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir C.Babayeva/ Azərbaycan Ziyalıları Birliyinin sədri Eldəniz Quliyev bazar ertəsi bildirib ki, ziyalılar birmənalı olaraq prezident seçkilərində siyasi partiyalardan olan namizədləri dəstəkləməyəcəklər.
Azərbaycanda prezident seçkiləri 2008-ci ilin payızında keçiriləcək. Müxalifət yönümlü partiyalardan "Müsavat" Partiyasının sədri İsa Qəmbər, "Ümid" partiyasının sədri İqbal Ağazadə və Böyük Quruluş partiyasının sədri Fazil Qəzənfəroğlu seçkilərdə müxalifətdən iştirak etmək haqqında qərarlarını elan ediblər.
"Əgər prezident seçkiləri ərəfəsində müstəqil namizəd olacaqsa və o, həqiqətən də demokratik islahatlar keçirmək niyyətində olacaqsa, o zaman ziyalılar bu namizədi dəstəkləmək haqqında düşünə bilərlər" - Quliyev Trend ə bildirib.
Azərbaycan Ziyalıları Hərəkatı 2003-cü ildə yaradılıb və 2007-ci ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. Təşkilatın məqsədi Azərbaycan ziyalılarının hüquqlarının müdafiəsi və müxalifətlə iqtidar arasında barışığa nail olmaqdır.