...

İrana BMT TŞ-nın yeni Qətnaməsinə yenə də etinasız yanaşacaq – almaniyalı ekspert

Siyasət Materials 23 Yanvar 2008 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / "Trend müxbir D.Xatınoğlı/ BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin Berlində İrana qarşı hazırladıqları yeni Qətnamə, İranı uarnın zənginləşdirilməsi planını dayandırmayacaq. "İran BMT TŞ-nın yeni Qətnaməsinə yenə də etinasız yanaşacaq"- deyə, almaniyalı ekspert Mehran Bərati Trend ə bildirib.

Yanvarın 22-də İranın nüvə planı ilə bağlı 5+1 ölkələri formatında Berlində iclas keçirilib. Yeni Qətnamənin qəbulunda ortaq məxrəcə gəlsələr də, Qətnamənin ilkin variantının məzmunu yumşaq olacaq.

Bərati çərşənbə günü Berlindən telefonla bildirib ki, bu Qətnamədə 5+1 olkələri İranın BMT Təhlükəsizlik Şurasının 2007-ci ildə bu ölkəyə tətbiq etdiyi sanksiyalara hörmətlə yanaşmasını vurğulayıb, lakin yeni sanksiyaların kəskin olması ilə bağlı fikir ayrılıqları olduğundan, Qətnamənin ilkin variantında qeyd olunan bəndlər çox yumşaq olub. "ABŞ kəşfiyyatının keçən ilin noyabr ayında yaydığı məruzədə İranın nüvə silahı istehsal etməməsi ilə bağlı məlumatlar Çin və Rusiyanı yeni sanksiyaların tətbiqi məsələsində tərəddüddə qoyub"-deyə, Bərati bildirib.

Ekspertin fikrincə, İran əleyhinə iqtisadi sanksiyalar da gücləndirilməyəcək. "ABŞ İnformasiya mərkəzlərinin iqtisadiyyat üzrə məruzələri göstərir ki, İran müxtəlif yoillarla iqtisadi sanksiyalardan yayınır. Beləliklə, Qərb çox çalışır ki, rəsmi Tehrandan nüvə fəaliyyətinə zəmanət alsın və hələlik, İrana qarşı yumşaq davranmağa çalışırlar. 5+1 ölkələri yenə də, İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb ediblər"-deyə Bərati bildirib.

Almaniyalı politoloqun fikrincə, rəsmi Tehran düşünür ki, ABŞ İranda hakimiyyətin dəyişməsində maraqlıdır. Buna görə də, onun fikrincə, ABŞ-ın hərbi qüvvələri regionda qaldıqca, İranın nüvə məsələsi üzrə mübahisələr səngiməyəcək.

Xəbər lenti

Xəbər lenti