...

AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunub

Siyasət Materials 24 Yanvar 2008 14:25 (UTC +04:00)
AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunub

Fransa, Strasburq, 24 yanvar/ Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin cümə axşamı keçirilən iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunub. Bu barədə Trend ə Avropa Şurasının Katibliyindən məlumat verilib.

Monitorinq Komitəsinin iclasında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeni Jivkovanın fevralın 4-8-də Bakıya səfər etmələri təsdiqlənib.

Monitorinq Komitəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət, siyasi məhbuslar üzrə yeni məruzçinin təyin olunması, Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq haqqında" qanunun dəyişdirilməsi və seçkiqabağı vəziyyətin müzakirə olunması nəzərdə tutulmuşdu.

Katiblikdən bildiriblər ki, Monitorinq Komitəsinin iclası qapalı keçirildiyi üçün hələlik ətraflı məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti