...

Nazir Azərbaycan gənclərini prezident seçkisində İlham Əliyevi dəstəkləməyə çağırıb (video)

Siyasət Materials 1 Fevral 2008 17:10 (UTC +04:00)
Nazir Azərbaycan gənclərini prezident seçkisində İlham Əliyevi dəstəkləməyə çağırıb (video)

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir C.Babayeva / Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gənclərini prezident seçkisi zamanı İlham Əliyevin ətrafında cəmləşməyə çağırıb.

"Mən inanıram ki, Azərbaycanın bütün gəncləri prezidentliyi ən layiqli namizədin ətrafında cəmləşəcəklər", - nazir, 2 fevral - Gənclər Günü ilə əlaqədar gənclərin nümayəndələri qarşısında çıxış edərək deyib.

Azərbaycanda prezident seçkisi 2008-ci ilin payızında baş tutacaq. Hazırki prezident İlham Əliyev rəhbər "Yeni Azərbaycan" partiyasının namizədidir.

Gənclər, səkkiz milyonluq Azərbaycan əhalisinin 30 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti