Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir K.Ramazanova/ İnsan haqları üzrə Avropa Məhkəməsinin prezidenti Jan Pol Kosta 1-5 may tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Strasburqdakı Məhkəmə ofisindən telefonla məlumat verilib.
Kostanı Azərbaycana səfərə Azərbaycan Ali Məhkəməsi dəvət edib. Səfərin detalları barədə məlumat verilimir.
İnsan haqları üzrə Avropa Məhkəməsində Azərbaycan üzrə 800-dən yuxarı şikayət var. Avropa Məhkəməsi ölkəylə bağlı 11 qərar qəbul edib.