...

Azərbaycanın müdafiə naziri NATO-nun qeyri-formal sammitində iştirak edir

Siyasət Materials 8 Fevral 2008 15:57 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri NATO-nun qeyri-formal sammitində iştirak edir

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir S.Ağayeva/ Bu gün NATO ölkələrinin müdafiə nazirləri Vilnüsdə keçirilən qeyri-formal görüşdə qlobal təhlükəsizlik, beynəlxalq sülhməramlı qüvvələrin Əfqanıstanda vəzifələri məsələlərini müzakirə edilər.

Azərbaycanın Litvadakı səfirliyindən cümə günü Trend ə verilən məlumata görə, Vilnüsdə Alyans üçün aktual olan problemlərin həlli, həmçinin bütün beynəlxalq cəmiyyət üçün mühüm olan məsələlər -Əfqanıstan və Kosovoda sülhün təminatı və onların iqtisadi inkişafı, NATO-nun digər tərəfdaşlarla əməkdaşlıq məsələləri müzakirə olunur. Alyansın qeyyri-formal sammitində Azərbaycanı müdafiə naziri Səfər Əbiyev təmsil edir. Səfirlikdən bildiriblər ki, sammit çərçivəsində Azərbaycan müdafiə idarəsinin rəhbəri ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Əbiyevin Litva, Gürcüstan və Polşa müdafiə nazirləri ilə görüşü planlaşdırılır.

NOTO ölkələri nümayəndə heyətlərindən başqa, burada Kosovo və Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatalara qoşulmuş ölkələrin müdafiə nazirləri, həmçinin Ukrayna, Rusiya, Əfqanıstan, BMT, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu təşkilatların nümayəndələri də iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti