...

İranda Sepahın Parlament seçkilərinə müdaxiləsi faciə törədəcək - İran İnqilabının ideoloqu

Siyasət Materials 9 Fevral 2008 13:08 (UTC +04:00)
İranda Sepahın Parlament seçkilərinə müdaxiləsi faciə törədəcək - İran İnqilabının ideoloqu

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir D.Xatınoğlu/ İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Parlament seçkilərinə qanunsuz mudaxiləsi azad seçkilərin keçirilməməsinə səbəb ola bilər.

"İranda Sepahın Parlament seçkilərinə müdaxilə etməsi faciə törədəcək" - deyə İran İnqilabının ideoloqu Sadıq Zibakəlam Trend ə bildirib.

İran İnqilabı Keşikçiləri Korpusunun sədri general Məhəmmədəli Cəfəri fevralın 8-də verdiyi bəyanatda bildirib ki, İranda fəaliyyət göstərən partiyalar arasında islami inqilab üçün yeganə qüvvə "Üsulgəra" hakim partiyasıdır. O əlavə edib ki, iqtidarda olan "Üsulgəra" partiyasının Parlament seçkilərində qalib gəlməsinə çalışmaq onların (Sepahın-müəllif) əsas vəzifəsidir.

Tehran Universitetinin professoru Zibakəlam şənbə günü telefonla Londondan Trend ə bildirib ki, hazırda İranda yalnız bir partiya, yəni "Üsulgəra" Parlament seçkilərində rəqabətə qoşulub. "Digər partiyaların nümayəndələrinin namizədliyi isə ümumiyyətlə qeydə alınmayıb. Bu şəraitdə Sepahın da seçkilərə müdaxilə etməsi və "Üsulgəra"nı müdafiə edərək, digər qüvvələri aradan qaldırmağa səy göstərməsi növbəti seçkilərdə iqtidar partiyasının tamamilə Parlamenti ələ keçirməsi ilə nəticələnəcək" - deyə Zibakəlam bildirib.

İran İnqilabı ideoloqunun fikrincə, partiyaların qeyri-bərabər rəqabəti və Sepahın siyasətə müdaxiləsi ölkədə faciə törədəcək və böyük fəlakətlərə səbəb olacaq.

Sepah 1979-cu ildə dini rəhbər İmam Xomeyninin fərmanı ilə təşkil olunmuş hərbi qüvvədir və İslam İnqilabını və ölkə sərhədlərini qorumq bu qüvvəyə həvalə edilib. Kanstitusiyaya əsasən, Sepahın siyasətə müdaxiləsi yolverilməzdir.

Xəbər lenti

Xəbər lenti