...

İran-ABŞ arasında İraqın təhlükəsizliynə dair keçirilən dialoqun nəticəsi olmayacaq-Britaniya politoloqu

Siyasət Materials 15 Fevral 2008 13:12 (UTC +04:00)
İran-ABŞ arasında İraqın təhlükəsizliynə dair keçirilən dialoqun nəticəsi olmayacaq-Britaniya politoloqu

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir D.Xatınoğlu/ İraqın təhlükəsizliyinin qorunmasına dair İranın ABŞ-la aparılan müzakirələri ləğv etməsi, bu dialoqun müsbət nəticə verməyəcəyinin göstəricisidir. "İran-ABŞ arasında İraqın təhlükəsizliynə dair keçirilən dialoqun nəticəsi olmayacaq"-deyə, Britaniya politoloqu Əlirza Nurizadə Trend ə bildirb.

İraqın xarici işlər naziri Huşyar Zibari fevralın 14-də mətbuata açıqlamasında bildirib ki, İran-ABŞ-İraq arasında keçiriləcək növbəti müzakirəni rəsmi Tehran ləğv edib. Zibari bunun səbəblərini açıqlamayıb. Üç ölkə arasında təhlükəsizlik üzrə müzakirələr İran tərəfindən artıq üçüncü dəfədir ləğv edilir.Nurizadə cümə axşamı Londondan telefonla Trend ə bildirib ki, İran və Amerikanın tələbləri ziddiyyət təşkil etdiyindən, bu müzakirələrin davamı və nəticəsi olmayacaq. "İran İraqdakı radikal qüvvələ dəstək verməklə, bu ölkədə öz nüfüzunu artırmağa, ABŞ hərbçilərinin fəaliyyətini iflic halına gətirməyə çalışır. Birləşmiş Ştatlar isə, İranın təcrid olunmasına çalışır və rəsmi Tehranın nüvə texnoloqiyalarına yiyələnməsinə imkan vermir"-deyə, Nurizadə bildirb. Onun fikrincə, iki ölkənin bir-biri ilə mübahisələri olduğu halda, üçüncü dövlətin təhlükəsizliyinin qorunmasına dair müzakirə keçirmələri istənilən nəticəni verməyəcək.

Məqalə müəllifi ilə D ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti