...

Azərbaycan XİN başçısının Liviyaya səfərinə hazırlıq işləri görülür

Siyasət Materials 15 Fevral 2008 13:15 (UTC +04:00)
Azərbaycan XİN başçısının Liviyaya səfərinə hazırlıq işləri görülür

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Liviyaya fevralın 20-21-nə nəzərdə tutulan səfər proqramına hazırlıq prosesi gedir. Bu barədə cümə günü Liviyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər rəsmi mahiyyət daşıyır və səfər zamanı Liviyanın xarici işlər naziri Abdülrəhman Şalqam, energetika, su sərvətləri və qaz naziri İbrahim Omran və ölkə prezidenti Müəmmar Qəddafi ilə görüşlərin keçirilməsi planlaşdırılır.

"Danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişaf məsələlərinin müzakirəsi planlaşdırılır. Energetika sahəsində əməkdaşlıq ayrıca mövzu olaraq müzakirə olunacaq. Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev də olacaq. Şirkət rəhbəri Liviya tərəfi ilə iki ölkənin bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək" - deyə səfirlikdən bildiriblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: seba

Xəbər lenti

Xəbər lenti