...

Azərbaycan ziyalılarının ictimai birliyi fəaliyyətini genişləndirir

Siyasət Materials 22 Fevral 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı 22 fevral / Trend , müxbir C.Babayeva/ "Mənəviyyat" İctimai Birliyinin fəaliyyəti yalnız Bakı və Bakı kəndlərini deyil, Azərbaycanın bütün regionlarını da əhatə edəcək. Bu barədə cümə günü Trend -a İctimai Birliyin yaradılmasının əsas təşəbbüskarı və həmtəsisçilərindən biri, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev məlumat verib.

Quliyevin sözlərinə görə, həmtəsisçilər Birliyin "Azərbaycanda milli dəyərlərin qorunması" adlandırıması barədə qərar qəbul edib.

Bakı və Bakı kəndlərinin "Mənəviyyat" İctimai Birliyinin yaradılması keçən ilin yanvarında elan olunub.

Birliyin yaradılması haqqında bəyanatı Bakı və Bakı kəndlərinin ziyalı, din xadimləri və ağsaqqalların 37 nümayəndəsi imzalayıb. Sənədi "Azərbaycan Naminə" ictimai forumun rəhbəri Eldar Namazov, Milli Məclisin keçmiş deputatı Hacıbaba Əzimov, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Azərbaycanın Yaşıllar partiyasının sədri Mais Güləliyev və başqa ictimai xadimlər imzalayıb.

Quliyevin bildirdiyinə görə, hazırda Azərbaycanın qərb və cənub bölgəsində fəal iş aparılır və bir çox şəxslər fərdi qaydada Birliyə qoşulmaq istəklərini bildirirlər.

Onun sözlərinə görə, İctimai Birliyin rəsmi qeydiyyatından sonra onlar qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edəcəklər.

"Birliyin fəaliyyətinin birinci mərhələsində, prinsipial olaraq, siyasi partiyalarla əməkdaşlıq etməyəcəyik", deyə Quliyev bildirib.

Quliyevin qeyd etdiyi kimi, İctimai Birliyin təsis qurultayı Novruz bayramına qədər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti