...

Azərbaycanın ATƏT PA-nın qış sessiyasında Kosovonu dəstəkləməyib – Bahar Muradova

Siyasət Materials 22 Fevral 2008 19:04 (UTC +04:00)
Azərbaycanın ATƏT PA-nın qış sessiyasında Kosovonu dəstəkləməyib – Bahar Muradova

Avstriya, Vyana, 22 fevral/ " müxbir A.Ələsgərov/ Azərbaycanın ATƏT PA-nın qış sessiyasında Kosovonun birtərəfli şəkildə öz müstəqilliyini elan etməsini dəstəkləməyib və diyarın özünüidarə orqanlarının bu qərarını beynəlxalq normalara zidd adlandırıb. Azərbaycan Respublikası istənilən dövlətinin milli birliyi və ərazi bütövlüyünün pozulmasına gətirəcək birtərəfli şəkildə yaradılan vəziyyəti qanuni saya bilməz", - cümə günü Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova ATƏT Parlament Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

Kosovo problemini unikal hadisə adlandıran Muradova bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1244 saylı Qətnaməsi Kosovonun son statusunun müəyyənləşdirilməsi üçün çərçivə və gələcək addımları aydın izah edir, Serbiyanın milli birliyi və ərazi bütövlüyünün pozulmasına aparan hərəkətlər üçün əsas yaratmır.

"Bundan əlavə, BMT TŞ-nin 1244 saylı Qətnaməsinin izah edilməsində fikir ayrılıqları və maraqlı tərəflər arasında siyasi danışıqlarda irəliləyişin olmaması, xüsusilə də ərazi bütövlüyü prinsipinin daima qəbul edildiyi və beynəlxalq hüququn əsas prinsipi elan oldunduğu zamanda birtərəfəli hərəkətlərlə əsaslandırılmamalıdır", - Muradova bildirib.

1999-cu ildən formal olaraq Serbiyanın tərkib hissəsi qalan Kosovo BMT-nin idarəsindədir. Fevralın 17-də Kosovo parlamenti yekdilliklə diyarın müstəqilliyi haqqında Bəyannaməni təsdiq edib. Dünyanın 30-dək ölkəsi, o cümlədən Avropa İttifaqı, ABŞ, Almaniya, Fransa Kosovonun müstəqilliyini tanıyıb. Belqrad diyarın özünü müstəqil elan etməsi aktını təsirsiz adlandırıb. Rusiya bildirib ki, Kosovonun özünü müstəqil elan etməsi haqqında aktın ləğv edilməsinə təkid edəcək.

Ərazisində separatizm əsaslı münaqişələrin mövcud olduğu digər region ölkələri kimi, Azərbaycan Kosovonun müstəqilliyinin tanınmasının ölkənin Dağlıq Qarabağ regionu üçün presedent olacağından ehtiyat edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti