...

Siyasi partiya mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Siyasət Materials 27 Fevral 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.İlhamqızı/ Müasir Müsavat Partiyası martın 29-da Bakıda mitinq keçirməyə qərar verib. Bu barədə Trend ə partiyadan məlumat verilib.

Martın 29-da saat 16.00-ya planlaşdırılan mitinqlə bağlı artıq bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb. Müraciətdə Bakı Şəhər İcra Hakimiyyətinin mitinq üçün müvafiq bir yer ayırması xahiş olunub.

Mitinqdə 10 min nəfərin iştirakı planlaşdırılır.

Partiyadan bildirilib ki, mitinqin keçirilməsində əsas məqsəd müxalifətin Azərbaycanda demokratiyanın, söz azadlığının, sərbəst toplaşmaq imkanlarının olmaması barədə bəyanatlarını ifşa etmək, bunun yalan olduğunu göstərməkdir. "İcra Hakimiyyəti hansı ünvanı təklif etsə, orada da mitinqi keçirəcəyik. Mitinqimizə icazə verilməsə, o zaman Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz piketləri keçirəcəyik"-deyə Müsavat Müsavat Partiyasından bildirilib.

Müasir Müsavat Partiyası özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir.

Xəbər lenti

Xəbər lenti