...

Azərbaycanda Əfqanıstan vətəndaşı qətl törədib

Siyasət Materials 1 Mart 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda Əfqanıstan vətəndaşı cinayət hadisəsi törədib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend a bildiriblər ki, paytaxt Bakının Xətai rayonundakı 7-ci Əhmədli küçəsi ev 13-də kirayədə yaşayan Əfqanıstan vətəndaşı Ayyubi Mohammad Şfahi ailə münaqişəsi zəminində arvadı İbrahimi Arianı bıçaqla qətlə yetirib, qayınanası İbrahimi Havaya isə, xəsarət yetirib.

Ötən il Azərbaycanda əcnəbilər tərəfindən 285 cinayət törədilib ki, bu da 2006-cı illə müqayisədə, 20,3% çoxdur.

Məlumata görə, Havaya İbrahimi xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Ayyubi Mohammad Şfahinin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti