...

Bu gün Azərbaycan hökuməti parlamentdə hesabat verəcək

Siyasət Materials 14 Mart 2008 01:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart/ " Trend " , müxbir İ.Əlizadə/ Azərbaycan hökuməti (Nazirlər Kabineti) bu gün parlamentdə ötən ilin sosial-iqtisadi yekunları ilə bağlı hesabat verəcək. "Hökumətin 2007-ci illə bağlı hesabatı ötən illərdə verilən hesatlardan daha geniş və əhatəli olacaq. Hesabatın sturukturu da təkmilləşdiriləcək", - deyə Trend ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq parlamentdə aparılan müzakirələr zamanı verilən təkliflər və səsləndirilən iradlara ayrı-ayrı nazirliklərin cavabı hesabatda əks olunacaq.

"Hökumətin hesabatı bu gün parlamentə təqdim olunacaq", - deyə komissiya sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti