...

Azərbaycan prezidenti Novruz bayramı münasibətilə xalqı təbrik edib

Siyasət Materials 19 Mart 2008 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə xalqa təbrik ünvanlayıb. O, Azərbaycan xalqına sevimli Novruz bayramında cansağlığı, səadət və işlərində uğurlar diləyib. "Qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi Yaz bayramının gəlişi Odlar diyarında yüzillərdən bəri xüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Onun hazırda respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir"-deyə təbrikdə deyilir.

Prezident bildirib ki, mədəni-ictimai həyatımızın daha da canlanması, iqtisadiyyatımızın yüksələn xətt üzrə davamlı inkişaf tempi, paytaxtı və bölgələri bürüyən abadlıq-quruculuq işləri təbiətin dirçəlməsi ilə həmahəngdir və insanlarda nikbin ovqat yaradır. Prezident Əliyev Azərbaycan torpaqlarının müdafiəsində dayanan əsgərlərə də bayram salamımı yetirib, ökəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda etmiş şəhidlərin unudulmaz xatirəsini yad edib.

Prezident Əliyev Azərbaycanın sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımızı da təbrik edib.

Xəbər lenti

Xəbər lenti