...

Türkmənistanın müdafiə naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 30 Mart 2008 13:10 (UTC +04:00)
Türkmənistanın müdafiə naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.Hüseynli/ Türkmənistanın müdafiə naziri, ordu generalı Ağagəldi Mamedgəldi aprelin ilk ongünlüyündə Azərbaycana səfər edəcək. Bu barədə bazar günü mətbuat konfransında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Türkmənistan müdafiə naziri Azərbaycana ilk dəfə səfər edəcək. Bu ölkələrin müstəqilliyi dövründə hər iki ölkə arasında hərbi əməkdaşlıq olmayıb.

Sabiroğlu deyib ki, Türkmənistan müdafiə nazirinin Azərbaycana səfəri çərçivəsində Xəzərin statusu və regional məsələlər müzakirə olunacaq. Mətbuat xidmətinin rəhbəri səfər zamanı hər hansı sazişin imzalanacağı barədə məlumat verməyib. Azərbaycan Müdafiə Nazirliyinin 50-dən çox ölkə ilə hərbi əməkdaşlığı mövcuddur.

Xəbər lenti

Xəbər lenti