...

Avropa Şurası ölkələrinin spikerləri Strasburqda yığışacaqlar

Siyasət Materials 2 Aprel 2008 17:08 (UTC +04:00)

Fransa, Strasburq, 02 aprel / Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkələrinin parlament sədrləri mayın 22-23-də Strasburqda növbəti toplantıya yağışacaqlar. Bu barədə Trend a AŞPA katibliyindən bildiriblər.

Konfransda Avropa Şurasına üzv dövlətlərin Parlament sədrləri ilə yanaşı, AŞPA yanında müşahidəçi statusu olan dövlətlərin parlament sədrləri, eləcə də beynəlxalq təşkilatların - Avropa Parlamenti və ATƏT Parlament Assambleyasının sədrləri iştirak edəcəklər.

Konfrans çərçivəsində Avropa qarşısında duran iki əsas çağırış - vətəndaş cəmiyyətinin xalqların siyasi həyatında daha fəal iştirakının təmin edilməsi yollarının araşdrrılması , milli və Avropa miqyasında gündəlik fəaliyyətin aydın şəkildə demokratiya, insan hüquqları və qanunun aliliyi kimi dəyərlərə söykənməsinin təmin olunması üzrə səylər - müzakirə olunacaqdır.

Bu konfrans AŞPA tərəfindən hər iki ildən bir təşkil olunur.

Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədovun bu tədbirdə iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti