...

AŞPA-nın Gürcüstan üzrə müşahidə missiyasına Azərbaycandan olan deputat da daxildir

Siyasət Materials 17 Aprel 2008 19:00 (UTC +04:00)

Fransa, Strasburq, 17 aprel / Trend , müxbir A.Məhərrəmli, S.İlhamqızı/ ASPA-nın müşahidə missiyası Gürcustanda keçiriləcək parlament seçkilərindən öncə vəziyyəti müşahidə etmək üçün aprelin 23-dən 26-dək bu ölkədə səfərdə olacaq. Bu barədə Trend a AŞPA-dan məlumat verilib.

Missiya üzvləri səfər çərçivəsində Gürcüstanda parlament rəhbərliyi, müxalifət partiyaları və QHT nümayəndələri, jurnalistlər və cəmiyyətin digər üzvləri ilə görüşlər keçirərək sənəd hazırlayacaqlar.

Dörd nəfərlik missiyaya Gürcüstan üzrə həmməruzəçilər Matyas Hörşi və Castriot Islami ilə bərabər estoniyalı deputat Andreas Herkel və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti