"Əfqanıstan Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib" - Əfqanıstan XİN başçısı (Müsahibə)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir D.Xatınoğlu/ Əfqanıstan XİN rəhbəri Rəngin Dadfər Spantanın Trend İnformasiya Agentliyinin Fars redaksiyasına eksklüziv müsahibəsi.

- Əfqanıstanla Azərbaycan arasında mövcud əlaqələri necə qiymətləndirirsiniz və iki ölkə arasındakı əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Əfqanıstan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında xoş münasibətlər mövcuddur və inanıram ki, iki müsəlman ölkəsinin qədim tarixi əlaqələri nəzərə alınmaqla bu münasibətlər gələcəkdə də iki ölkə xalqlarının maraqlarına uyğun şəkildə inkişaf edəcək.

Keçmiş SSRİ dağıldıqdan sonra 30 avqust 1991- ci ildə Azərbaycan öz müstəqilliyini elan edərkən Əfqanıstan bu ölkənin suverenliyini tanıyan ilk dövlətlərdən olub. İki ölkə arasındakı münasibətlər akkreditə olunmuş səfirlər səviyyəsində qurulmuş və Azərbaycanın İslamabaddakı səfirliyi hələlik Əfqanıstanda akkreditə olunmuş səfir olaraq və Əfqanıstan İslam Respublikasının İİR- dakı səfirliyi

Azərbaycan Respublikasında akkreditə olunmuş səfir vəzifəsini həyata keçirir.

Azərbaycanın İslamabaddakı səfiri 2007- ci ildə Kabil şəhərinə səfəri zamanı ölkəsinin Əfqanıstanda diplomatik nümayəndəlik açmaq niyyətində olduğunu bildirib ki, bu, reallaşacağı təqdirdə münasibətlərin genişlənməsi və möhkəmlənməsi üçün daha faydalı və effektiv olacaq.

Əfqanıstan dövləti və xalqı Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində göstərdiyi səyləri dəstəkləyir və BMT tərəfindən bu məqsədlə təşkil olunmuş bütün tədbir və iclaslarda Azərbaycanın mövqeyini müdafiə edib. Azərbaycan Respublikası da beynəlxalq ictimaiyyət və Əfqanıstan xalqı ilə birgə beynəlxalq terrorizm əleyhinə mübarizədə iştirak etmiş və 30 nəfərdən artıq hərbçisini sülhməramlı qüvvələr çərçivəsində bu ölkəyə göndərmişdir.

Bir müddət öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəsinin "ECO" Təşkilatının xətti ilə Əfqanıstana 150 min ABŞ dolları həcmində yardım göstərdiyini bildirmişdi.

Əfqanıstan dövləti Azərbaycanın Qafqazda geosiyasi əhəmiyyətini və müxtəlif sahələrdə təcrübə və imkanlarını dəyərləndirərək, bu ölkə ilə ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıdır, həmçinin Azərbaycanın dövlət və özəl şirkətlərinin, iş adamlarının Əfqanıstanın bərpasında fəal iştirak etməsini istəyir.

- NATO-nun Buxarest sammitində koalisiya qüvvələrinə 2000 hərbçinin əlavə edilməsi haqqında qərar qəbul edildi. Bu barədə Kabilin rəsmi mövqeyi necədir və NATO-nun sülhməramlı missiyasının saxlanılması Kabil hökumətini nə dərəcədə qane edir?

- Əfqanıstan İslam Respublikası öz təhlükəsizlik qüvvələrinin lazımi səviyyəyə çatması və ölkədə sülh, sabitlik və yenidənqurma prosesinin uğurla getməsi üçün beynəlxalq ictimaiyyətin, o cümlədən NATO-nun davamlı dəstəyinə ehtiyac duyur. Biz sözügedən prosesin sürətlənməsi üçün Əfqanıstana 2000 əlavə əsgərin göndərilməsinə dair NATO-nun qərarını alqışlayırıq, lakin ən əsası odur ki, bizim milli təhlükəsizlik qüvvələrinin təlim və təchizi daha da sürətlənsin və yerli ordu terrorizmlə mübarizədə daha böyük paya malik olsun. Beləliklə, terrorizmlə mübarizədə tam rəhbərliyi ələ almaq mümkündür. Hərbi və mülki sahəni əhatə edəcək universal strategiya terrorizmlə mübarizə üçün vacibdir və sevindirici haldır ki, bu, Buxarest sammitində NATO tərəfindən təsdiq edilərək dəstəkləndi.

- Müsəlman ölkələrinin NATO-ya sülhməramlı missiya göndərməsi haqqında Sizin fikriniz necədir və Əfqanıstan xalqı müsəlman və ya qeyri- müsəlman qüvvələri ilə münasibətdə fərqli mövqe nümayiş etdirirmi?

- Əfqanıstan ciddi regional və beynəlxalq problem sayılan terrorizmlə mübarizənin ön cəbhəsində yerləşir. Biz terrorizmin məhv edilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədinə nail olmaq üçün əfqan qüvvələrinin əməkdaşlığı ilə islam dünyasının da daxil olduğu beynəlxalq ictimaiyyətin dəstəyini zəruri sayırıq. Hazırda iki müsəlman ölkəsi, yəni Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri qüvvələri ölkəmizdə xidmət göstərir. Biz Əfqanıstanda terrorizmlə mübarizədə, ölkənin yenidən qurulmasında və inkişafında, eləcə də ölkəmizin təhlükəsizlik qüvvələrinin təlim və hazırlanmasında müsəlman ölkələrinin daha fəal iştirak etməsini istəyirik. Paris konfransı qardaş və müsəlman ölkələrinin Əfqanıstanın inkişafında daha çox paya malik olması üçün əlverişli fürsətdir.

- Beynəlxalq ictimaiyyət bildirir ki, Əfqanıstandan narkotik maddələrin qaçaqmalçılıq yolu ilə daşınmasında İran, Azərbaycan və Rusiyadan tranzit yolu kimi istifadə olunur. Sizin ölkəniz bu tranzitin qarşısını almaq üçün hansı ciddi tədbirləri həyata keçirir?

- Əfqanıstan İslam Respublikası narkotik maddələr məsələsini çox ciddi milli və beynəlxalq problemlərdən biri olaraq görür və bu problemlə mübarizəni təhlükəsizlik proqramının və sosial-iqtisadi strukturun prioritetləri sırasına daxil edir. Biz bu istiqamətdə bir sıra tədbirlər, o cümlədən Narkotik Maddələrlə Mübarizə Nazirliyinin yaradılması, Narkotik maddələrlə mübarizə haqqında Qanunun hazırlanması, yeni milli strategiyanın təsdiq edilməsi, narkotik maddələrlə mübarizə ilə bağlı Polis Akademiyasının və bu sahədə xüsusi məhkəmənin yaradılması, narkotik maddələrlə mübarizə ilə əlaqədar ABŞ, Çin Xalq Respublikası, İİR və Tacikistan Respublikası ilə qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması, həmçinin Rusiya Federasiyası və Qazaxıstanla narkotik maddələrlə mübarizəyə dair tezliklə imzalanması nəzərdə tutulan sənədin hazırlanmasını həyata keçiririk.

Biz region ölkələrindən bu sahədə Əfqanıstan polisi ilə ciddi əməkdaşlıq etmələrini gözləyirik. Narkotik maddələrlə mübarizə üçün mükəmməl strategiyanın hazırlanmasına ehtiyac var. Milli strategiyaya narkotik maddələrin istehsal olunduğu sahələrin məhv edilməsi, kənd təsərrüfatı məhsullarının becərilməsi, hüquq-mühafizə orqanlarının gücləndirilməsi və ən başlıcası, narkotrafikanın qarşısının alınması kimi məsələlər daxildir. Terrorizm problemi kimi, narkotik maddələr də region və beynəlxalq aləm üçün təhlükə yaradır, buna görə bu problemlə mübarizə sahəsində də regional və beynəlxalq əməkdaşlıq vacibdir.

- İslam dünyası və xristian aləmi arasındakı son qarşıdurmalara Sizin münasibətiniz necədir və islamın terrorizmlə heç bir əlaqəsi olmadığını dünya ictimaiyyətinə çatdırmaq üçün hansı tədbirlərin görülməsi lazımdır?

- Biz belə hesab edirik ki, islam və xristian dünyaları arasında heç bir qarşıdurma yoxdur, lakin bəzi radikal qüvvələr hər iki tərəfdə insanların dini etiqadlarından istifadə etməklə öz şəxsi məqsədlərinə çatmaq və dinlərarası nifaqın yaranmasına çalışırlar.

Nəinki islamla terrorizm arasında heç bir əlaqə yoxdur, hətta demək istəyirəm ki, islam sülh və əmin- amanlıq dinidir, daim insanları qardaşlığa və dinc yanaşı yaşamaya çağırır. Bəzi radikal qüvvələr daha çox siyasi çəkiyə malik cinayətkar əməllərini islam dini ilə əlaqələndirməyə çalışırlar. Lakin biz Əfqanıstanda ölkənin ziyalı təbəqəsinin nümayəndələrinin iştirakı ilə terror aktlarının, narkotik maddələrin saxlanması və qaçaqmalçılıq yolu ilə daşınması kimi cinayətlərin islamla heç bir əlaqəsi olmadığını göstərməyə nail olmuşuq.

Bugünkü Əfqanıstan dinlərarası əməkdaşlıq mərkəzidir. Biz Əfqanıstanın Qərb demokratiyası ilə islam ölkələri ailəsi arasında körpü olmasına çalışırıq.

Biz Madriddə keçirilən Sivilizasiyalar Birliyi Konfransında təklif etdik ki, bütün dünyada müxtəlif dinlər, dillər və mədəniyyətlər arasında yaxınlaşma və dinc yanaşı yaşamanı təmin etmək üçün Mədəniyyətlərarası Təşkilat yaradılsın. Əfqanıstan bu təşkilatın yaradılması üçün hərtərəfli dəstəyə hazırdır.

Xəzərdə zəlzələ olub
Xəzərdə zəlzələ olub
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
Qəbələ və İsmayıllıda zəlzələ olub
Loading Bars
Xəbər lenti
2020-ci ildə neft qiymətləri proqnozlaşdırılandan yüksək olacaq - Dünya Bankı
Zəngilandakı faydalı qazıntı yataqlarını işğalçılar vəhşicəsinə istismar edib - Nazir müavini
Ermənistanda kürd əsilli muzdlu dəstələr bizə təlim keçirdilər - Erməni əsirlər danışır (FOTO/VİDEO)
Gəncədə vəziyyət tam normaldır, sakinlər gündəlik həyatına davam edir - İcra hakimiyyəti
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Epidemioloji durum pisləşərsə, yeni lokal qapanmalar ola bilər - Baş infeksionist
Paşinyan hərbi cinayətlərə görə şəxsən məsuliyyət daşıyır - Politoloq
Fransa telekanalında Ermənistanın işğalçılıq siyasətindən danışılıb
İşğal ərazilərindəki qanunsuz fəaliyyət göstərənlərlə bağlı istintaq davam edir
Sabah 25 dərəcəyədək isti olacaq
Ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Mehriban Əliyevanın çağırışları əhəmiyyətli rol oynayır - Siyasi şərhçi
Marneulidə Gəncə terrorunun qurbanları yad edilib
ATU və Ankara Universiteti əməkdaşlığı gücləndirir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Bərdədə payızlıq əkinlərin bəyanı üçün səyyar xidmət təşkil olunub (FOTO)
Amerikalı kosmonavt kosmosda səs verib
Azərbaycanın özünümüdafiə və əks-hücuma keçmək hüququ var - Politoloq
Ermənistana məxsus daha bir PUA məhv edilib
Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb
Ermənistanın NATO-ya müraciəti heç bir nəticə verməyəcək - Piter Teys
Qafqaz Albaniyasına aid ilk orta əsr xristian abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının itirilmiş nüfuzunu özünə qaytarır - Komitə sədri
Böyük tarixi dönüş ərəfəsindəyik və bu müstəsna tarixi dönüşü Ali Baş Komandan yaradır - Ekspert
Ermənilər işğalçılıqlarını dünyaya unutdurmağa çalışıblar - Tarixçi
Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır - Türkiyə hökuməti
Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb
Xəzərdə zəlzələ olub
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib - MN
Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını təsdiq etdi - Naqif Həmzəyev
Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir
Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb
Mikayıl Cabbarov İran səfiri ilə Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərini müzakirə edib (FOTO)
Prezidentə yazırlar: Düşmən üzərində qazandığımız qələbələr Sizin cəsarətinizin, uzaqgörənliyinizin və polad iradənizin nəticələridir
Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir - Ramin Quluzadə (FOTO)
Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub - MN
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda planlaşdırılan görüşünə BMT-dən münasibət
DİN əhaliyə müraciət edib
Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov
Dünya Ermənistanın terror aktlarına etirazını bildirməlidir - Qafqazşünaslıq İnstitutu
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 min nəfəri ötüb
Fransanın TF1 kanalı cəbhədən reportaj hazırlayıb (FOTO/VİDEO)
Əli Əhmədov rusiyalı deputatın Qarabağa qanunsuz səfərinə görə Dmitri Medvedevə məktub göndərib
Hərbi çağırışçılar COVİD-19 testindən keçirilir
Dünyadakı kəşmirlilər niyə 27 oktyabrı Qara Gün kimi qeyd edirlər? (FOTO)
COVİD-19-la bağlı yaradılan İşçi qrup 39 sahə məntəqəsində monitorinq keçirdi
Fransa qəzeti Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı
Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı - Yaqut Qarayeva
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlanılıb
“Rabitəbank” 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib
Ermənilərin növbəti saxtakarlığı: Türk məşhurlar "öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim edilir (FOTO/VİDEO)
Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq - İnstitut (FOTO)
Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir
Oktyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Paytaxt küçələri dezinfeksiya olunacaq - Xəbərdarlıq
Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı
Düşmən fərarilik edərək mövqeləri tərk edir
Vacib ərazi və yüksəkliklər azad edilib - Müdafiə Nazirliyi
"İnstaqram"ın işində nasazlıqlar yaranıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Tramp prezident seçkilərində erkən səs verməyi planlaşdırır
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Bütün xəbərlər